Dünya Türkiyədəki seçkiləri izləyir — ABŞ, Aİ və Rusiyanın mövqeyi

Dünya bu gün Türkiyədə keçirilən prezident və parlament seçkilərini maraqla izləyir.

Fedai.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, beynəlxalq agentliklər öz vizual və rəqəmsal media nəşrlərində Türkiyə seçkiləri ilə bağlı son hadisələrə, təhlillərə və şərhlərə geniş yer ayırırlar.

«Xarici dövlətlər və beynəlxalq qurumlar Türkiyədəki seçkiləri diqqətlə izləyir. ABŞ Türkiyədı demokratiya ənənəsinin olduğunu vurğulayıb. Avropa İttifaqı isə seçkilərə çoxtərəfli yanaşır. Rusiya mətbuatı isə kimin qalib gəlməsindən asılı olmayaraq, bunun münasibətlərə təsir etməyəcəyi qənaətindədir», — deyə Türkiyə mətbuatı qeyd edir.

Qeyd olunur ki, Avropa İttifaqı və ona üzv ölkələr bu gün Türkiyədə keçiriləcək seçkiləri yaxından izləyir:

«Seçki kampaniyalarını ən incə təfərrüatlarına qədər izləyən Brüssel və üzv dövlətlərin paytaxtları seçkibnin nəticəsinin təkcə Türkiyə üçün deyil, həm də Aİ ilə əlaqələr üçün önəmli olduğu qənaətindədir.

Əvvəldən seçkilərdə heç bir partiyaya dəstək verməmək üçün xüsusi səy göstərən Aİ-nin ən mühüm gözləntisi seçkilərin azad, ədalətli, Türkiyənin riayət etdiyi demokratik standartlara uyğun keçirilməsi və tərəflərin nəticəyə hörmətlə yanaşmasıdır. “Gözlə, gör” mövqeyində olmaq təəssüratı yaradan Aİ seçkilərə çoxölçülü prizmadan yanaşır. Brüsseldə tez-tez bu seçkilərin regional və qlobal təsirləri olacağına dair şərhlər verilir. Aİ ilə münasibətlərin gələcək dövr üçün indiki şəkildə davam edəcəyindən tutmuş, fərqli bir yola keçəcəyinə qədər çoxlu ssenarilər olsa da, bunlar əsasən bağlı qapılar arxasında qalır».   bakupost.

Bu xəbəri paylaşın: