GENDER BƏRABƏRLİYİ MÜASİR SİVLİZASIYANIN QAÇILMAZ TƏRKİBİDİR

Kərim Novruzov
Ağdam rayon 95 saylı köçkün tam orta məktəbin direktoru

“Məndə bir aslanam düşünsəm bir az Aslanın erkəyi dişisi olmaz”. ( Nizami Gəncəvi)

“Tərəddüd etmədən evlən. Əgər qarşına yaxşı qadın çıxsa, hamıdan fərqlənəcəksən, pisi çıxsa filosof olacaqsan”.     ( Sokrat)

Gender — kişiyə xas olan, qadına xas olan cəmiyyət tərəfindən təzyiq ifadələridir, həm də qadınlıq və kişiliyi fərqləndirən xüsusiyyətlər toplusudur. Kontekstdən asılı olaraq, bu xüsusiyyətlərə bioloji gender (qadın və ya kişi) xüsusiyyətləri, gender əsaslı sosial quruluşlar və gender kimliyi daxil ola bilər.Bir çox mədəniyyətdə insanların sadəcə iki cinsə (qadın və ya kişi) sahib ola biləcəyini nəzərdə tutan bir bipolyar gender sistemi istifadə olunur (gender binarizmi). Bipolyar gender sisteminin xaricində yaşayan insanlar «non-bayneri» və ya «kvir» hesab olunur.Gender siyasət, iqtisadiyyat, hüquq, ideologiya, mədəniyyət, təhsil, elm və səhiyyə də daxil olmaqla həyatın bütün sahələrində ifadə oluna bilər. Gender sözü qadınlar və kişilərlə əlaqədar geniş yayılmış xəyali obraz və gözlənilənlərə şamil olunur. Bu səciyyəvi xəyali obraza qadına xas olan və ya qadın və kişiyə xas olan, yaxud kişi xüsusiyyət bacarıqlarına, həmçinin qadın və kişilərin müxtəlif vəziyyətlərdə necə hərəkət etməsinə aid geniş yayılmış ümidlər daxildir. Bu xəyali obraz və ümidlər ailə, dostlar, liderlər, dini və mədəni təsisatlar, məktəblər, iş yerləri, reklamlar və mediadan öyrənilir. Bu xəyali obrazlar qadın və kişilərin cəmiyyətdəki müxtəlif rollarını, sosial statusunu, iqtisadi və siyasi gücünü əks etdirərək həmin göstəricilərə təsir edir.Gender sözü qadınlar və kişilərlə əlaqədar geniş yayılmış xəyali obraz və gözlənilənlərə şamil olunur. Bu səciyyəvi xəyali obraza qadına xas olan və ya qadın və kişiyə xas olan, yaxud kişi xüsusiyyət bacarıqlarına, həmçinin qadın və kişilərin müxtəlif vəziyyətlərdə necə hərəkət etməsinə aid geniş yayılmış ümidlər daxildir. Bu xəyali obraz və ümidlər ailə, dostlar, liderlər, dini və mədəni təsisatlar, məktəblər, iş yerləri, reklamlar və mediadan öyrənilir. Bu xəyali obrazlar qadın və kişilərin cəmiyyətdəki müxtəlif rollarını, sosial statusunu, iqtisadi və siyasi gücünü əks etdirərək həmin göstəricilərə təsir edir. Gender kimliyi şəxslərin aid olduqlarını hiss etdikləri genderə istinad edir, həmin gender onların anadangəlmə cinsi ilə eyni ola və ya olmaya bilər. Buraya genderin hiss edilən daxili və fərdi təcrübəsi, bədənin şəxsi hissiyyatı və digər ifadəetmə yolları, məsələn, geyim, nitq və adətlər daxildir.Zorakılıq insana psixoloji, sosial və iqtisadi təzyiqin tətbiq olunması və ya fiziki zərərin vurulmasından ibarət nəzarət və əziyyət vasitəsidir. Azərbaycan kontekstində qızlar və qadınlara qarşı törədilən zorakılıq halları nəzərdə tutulur. Ümumiyyətlə gender əsaslı zorakılıq qadının cəmiyyətdəki tabe olunmuş mövqeyini təsdiqləmək üçün istifadə edilən vasitədir. Gender əsaslı zorakılıq yalnız qadınları narahat edən bir mövzu deyil, eyni zamanda kişilər də gender əsaslı zorakılıqdan əziyyət çəkir.Gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır.İnsan cəmiyyətini qadın və kişilər təşkil edir.Cinslər arasında biloji və fizioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik sürətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həmdə istehsalatda oynadığı rolu dəyişdirib. XX əsrin sonunda “Gender” anlayışı formalaşmışdır ki, bunu da “Sosial Cins” kimi xarakterizə etmək olar. Gender anlayışının əsasında qadın hərərkatı durur. Gender termininin bir çox tərifi məlumdur. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir.Dünyada dəyərlər də çoxdur, bu dəyərləri ifadə edən anlayışlar da. Amma heç bir anlayış qadın sözünün ifadə etdiyi dəyərləri öz məzmununda mərkəzləşdirmək imkanında deyil. Hansı dildə yazılmasından asılı olmayaraq, qadın adı Tanrının insanlara bəxş etdiyi ən ali keyfiyyətlərin ifadəçisidir. Bu ad zərifliklə qüdrətin birləşdiyi, dünyanı qoruyan ali duyğuların başlandığı, pisliklərin öz ömrünü başa vurduğu ünvandır

.

Bəzən ailələrin, bəzənsə bütövlükdə ölkələrin və xalqların taleyüklü anlarında sülh, humanizm, insanpərvərlik məhz qadınların timsalında qələbə çalıb. Qadın itirilmə təhlükəsi qarşısında qalan müqəddəsliklərin mühafizinə çevrilib. Yaxın-uzaq tarix qadın zəkasının, müdrikliyinin, təmkininin bəzi hallarda hətta insan tələfatı ilə nəticələnə biləcək böyük münaqişələrin, toqquşmaların qarşısını aldığı nə qədər faktlarla sübuta yetib.Qadın və kişilərin sosial vəziyyətindəki fərqlər, onların hüquqlarının bərabər olmaması əsrlər boyu yanlış olaraq bioloji səbəblərlə izah edilib. Halbuki gender bərabərliyi — qadın və kişilər arasında bərabərliyə deyilir və aşağıdakıları nəzərdə tutur: bərabər maddi rifah; bərabər imkanlar; dəyərlərin oxşar sistemi; qərarların qəbul edilməsi prosesində bərabərhüquqlu iştirak; resurslara və qazanclara bərabərhüquqlu nəzarət. Gender bərabərliyi dedikdə, heç də kişi və qadının eyni cür davranışı nəzərə alınmır. Sadəcə, insanın kişi və ya qadın doğulmasından asılı olmayaraq, bərabər hüquqa malik olması önə çəkilir. Yəni, insanın qadın doğulması hər hansı məhdudiyyətə səbəb olmamalı, eyni zamanda, gender bərabərliyi kişilərin diskriminasiyasını və izolyasiyasını nəzərdə tutmamalıdır.Gender bərabərliyi olan cəmiyyət — qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Həqiqi mənada zəngin cəmiyyətin qurulması gender və cinsdən asılı olmayaraq, bütün insanların müxtəlif həyat şəraiti seçmələrinə imkan verən sosial çərçivənin yaradılmasından asılıdır. Bu, uşaq böyütmək və ona qulluq etmək vəzifəsinin yalnız qadınlara, işləmək, vergi ödəmək, dövlətin inkişafı üçün şərait yaratmaq missiyasının yalnız kişilərə aid olması ilə bağlı ziyanlı stereotiplərdən azad cəmiyyətdir. Yalnız kişi və qadınların siyasi həyatda, iş yerlərində və ailədə yerinin düzgün müəyyənləşdirilməsi yolu ilə xoşbəxt və firavan həyat şəraiti olan ailə, gözəl cəmiyyət yaratmaq mümkündür.

«Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması» mövzusunda VII konfransı da müasir dünyada qadın hüquqlarının müdafiəsi sahəsində mövcud durumun müzakirəsi və təhlili, adekvat qərarların qəbulu baxımından mühüm əhəmiyyətə malikdir. Avropa Şurasına üzv dövlətlərin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbərlərinin, xaricdən, o cümlədən ABŞ-dan, Vatikandan, Kanadadan, Yaponiyadan və Meksikadan dəvət olunmuş qonaqların, dövlət orqanlarının, Bakıdakı diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdikləri tədbirə Bakının ev sahibliyi etməsi təsadüfi görünmür. Azərbaycanda cəmiyyətin bütün həssas zümrələri kimi qadınların da hüquqlarının etibarlı müdafiəsinə çevrilən, onların cəmiyyətdə layiqli yerinin təmin olunmasına çalışan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu gün eyni zamanda dünyada gender bərabərliyi uğrunda hərəkatın ön cərgəsində addımlayır. Son illər məhz Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Bakıda keçirilən beynəlxalq miqyaslı bir sıra tədbirlərdə gender bərabərliyinin təmini, qadın hüquqlarının qorunması, qadınlar arasında savadsızlığın aradan qaldırılması kimi məsələlər prioritet müzakirə mövzusu olmuşdur.Son onilliklərdə bu sahədə tərəqqi nəzərə çarpsa da və Avropadakı qadınların hüquqi vəziyyəti, şübhəsiz ki, yaxşılaşsa da, qadınlar və kişilər arasında effektiv bərabərlik reallığa çevrilməkdən uzaqdır.Gender münasibətlərində boşluqlar və struktur maneələri bir çox sahələrdə qalmaqdadır ki, bu da

qadınların və kişilərin imkanlarını onların ənənəvi rolları ilə məhdudlaşdırır və həmçinin qadınların əsas hüquqlarından istifadə etmək imkanlarını məhdudlaşdırır. Mütəmadi monitorinq və araşdırmalar göstərir ki, qadınların siyasi həyatda iştirakı, ədalət mühakiməsinə çıxış imkanı və zərərli gender stereotiplərinin və seksizm yanaşmasının aradan qaldırılması məsələsində irəliləyiş çox ləngdir. Qadınlara qarşı zorakılıq qadınlar və kişilər arasında münasibətlərdə səlahiyyətlərin qeyri-bərabərliyinin ən çox qeyd edilən təzahürlərindən biri olaraq qalır. Bu həm qadınların insan hüquqlarının pozuntusudur, həm də gender bərabərliyi qarşısında mühüm maneədir. İqtisadi çətinliklərin artdığı və nəticədə sərt qənaətcillik siyasətinin və tədbirlərinin, siyasi qeyri-müəyyənliyin mövcud olduğu, habelə cəmiyyətin bütün səviyyələrində qeyri-bərabərliyin artdığı hazırkı şəraitdə qadınların icmalara, cəmiyyətlərə və iqtisadiyyatlara əhəmiyyətli töhfə verdiyini qəbul etmək və baha başa gələn gender bərabərsizliyi problemini həll etmək vacibdir. Millətçilik və populizmin artması və bunun qadın hüquqlarına qarşı hücumlara səbəb olması, miqrantların və qaçqınların axını, gender bərabərliyi mexanizmləri və siyasəti üçün resursların azalması və razılaşdırılmış standartların tətbiq edilməməsi kimi amillər cəmiyyətin qadın və kişilərin bərabər hüquqlarına və gender bərabərliyinə tam hörmət edilməsi istiqamətində irəliləməsi qarşısında yeni çətinliklər yaradıb və mövcud problemlərin bəzilərini daha da ağırlaşdırıb. Həmçinin qadınların və kişilərin hüquq bərabərliyinin həyata keçirilməsi üçün sosial və iqtisadi şəraitin yaradılmasına, o cümlədən qadınların iqtisadiyyata daha geniş şəkildə cəlb olunmasına və onların iqtisadi müstəqilliyinin artırılması üçün imkanların yaradılmasına yetərincə diqqət yetirmək lazımdır. Avropa Şurasının insan hüquqları və gender bərabərliyi sahəsində təşəbbüskarlıq fəaliyyəti sanballı hüquqi və siyasət bazasının formalaşması ilə nəticələnib. Gender bərabərliyi həm cari, həm də yeni meydana çıxan problemlərin həll edilməsi və tam gender bərabərliyinə nail olmaq, qarşısındakı maneələrin aradan qaldırılması işinə bütünlüklə sadiq olan Təşkilatın prioritetlərindən biridir. Avropa Insan Hüquqları Konvensiyası (Konvensiya) Avropanın insan hüquqlarına dair əsas müqaviləsidir: Konvensiyanın 1-ci maddəsi Avropa Şurasına üzv olan 47 dövlətin yurisdiksiyası daxilində olan hər həs üçün Konvensiyada yer alan hüquq və azadlıqları təmin edir. Cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkiliyin yolverilməzliyi prinsipi Konvensiyanın 14-cü maddəsi ilə və 12 saylı Protokolu ilə təmin edilir. Bundan əlavə, Avropa Sosial Xartiyası ayrı-seçkilik olmadan iqtisadi və sosial hüquqlardan istifadə edilməsini təmin edir. Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyası (İstanbul Konvensiyası) qadınlara qarşı zorakılığın və məişət zorakılığının bir çox formaları ilə mübarizə aparılması üçün çoxları tərəfindən hərtərəfli beynəlxalq sənəd kimi tanınır. Bundan başqa, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyası cinsi istismar, əməyin istismarı, və digər növ istismar məqsədləri üçün qadın, kişi və uşaq alverinin qarşısının alınması və onunla mübarizə aparılması məqsədini daşıyır, Avropa Şurasının Uşaqların seksual istismardan və seksual zorakılıdan müdafiəsi haqqında Konvensiyası (Lanzarot Konvensiyası) isə uşaqlara qarşı seksual hüquq pozuntularının bütün formalarının kriminallaşdırılmasını nəzərdə tutan ilk müqavilədir. Gender bərabərliyi ilə bağlı Nazirlər Komitəsinin tövsiyələri və Parlament Assambleyasının qətnamələri5cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə qarşı mübarizə, seksizm ifadələrinin aradan qaldırılması, qadınların zorakılıqdan müdafiə edilməsi, siyasi və ictimai qərarların qəbulunda qadınların və kişilərin balanslı iştirakına nail olunması, təhsil, idman, media və audiovizual sektorda gender bərabərliyinin nəzərə alınması, gender bərabərliyi standartlarının və mexanizmlərinin təmin edilməsi, əlilliyi olan qadınların və qızların hüquqlarının qorunması və təşviq edilməsi, media sahəsində gender bərabərliyinin təmin edilməsi kimi ən müxtəlif məsələləri əhatə edir. Onlar üzv dövlətlərin gender bərabərliyi sahəsində beynəlxalq səviyyədə razılaşdırılmış standartlara uyğun olan qanunvericiliyi hazırlaması və milli səviyyədə həmin standartlara uyğun siyasəti müəyyənləşdirməsi üçün mühüm standartları müəyyən edir. Bu gün də dünyanın hər yerində qadın hüquqlarının təminatı uğrunda hərəkat genişlənib. Azərbaycan xalqı da tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət, ehtiram və məhəbbətlə yanaşıb. Xalqımızın qəlbən tapındığı islam dinində də qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilib. Müqəddəs hədislərdə və «Qurani-Kərim»də qadınların hüquqlarına hörmətlə yanaşmaq kişilərin qarşısında mənəvi öhdəlik kimi qoyulub. Məhəmməd Peyğəmbər (s.ə.s.) hədislərinin birində buyurur: «Qadınlarla xoş rəftar edənlərdən Allahın xoşu gəlir, çünki onlar sizin ananız, qızınız və xalanızdır».Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib, xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən kamil qadın obrazlarının bədii təsviri verilir.

Mənəviyyatımızın təməl kitabı olan «Kitabi-Dədə Qorqud» boylarının qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Dahi Nizami əsərlərində Məhinbanu, Nüşabə, Şirin, əfsanəvi Fitnə kimi mükəmməl obrazlar yaradıb. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, xalqımızın qadına göstərdiyi ehtiramın parlaq təcəssümünə çevrilib.Qarabağ müharibəsinin gedişində də qadınlarımız kifayət qədər böyük qəhrəmanlıqlar, mərdliklər göstəriblər. 1918-ci ildə seçki hüququ qazanan Azərbaycan qadını XX əsrdə bir neçə əsrə bərabər inkişaf yolu keçib. Xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında o, daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirib. Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə onlara bilik və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli zəmin yaradır.Tarixən olduğu kimi, müasir dövrdə də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə və beynəlxalq münasibətlərdə yeni uğurların əldə olunmasında kişilərlə yanaşı, qadınlarımız da yüksək təşəbbüskarlıq və fəallıq göstərirlər. Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən — qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda qadın layiq olduğu uca mövqeyə yüksəlmişdir. 1993-cü ilin iyununa qədər respublikanın üzləşdiyi ağır məhrumiyyətləri — xaos və anarxiya mühitini, sosial-iqtisadi, siyasi, mənəvi böhranı, qan-qadanı taleyində yaşamağa məhkum olmuş xanımlarımız rahat nəfəs alaraq böyük nikbinlik və ümidlə ictimai-siyasi həyatda fəallıq göstərməyə başlamışlar. Ulu öndər Heydər Əliyev Azərbaycan qadınının müsbət keyfiyyətlərini daim xüsusi vurğulamış, onun cəmiyyətdə layiqli yer tutmasına çalışmışdır. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən ümummilli lider onların ailə həyatındakı rolunu da olduqca yüksək dəyərləndirmişdir: «Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm».Ulu öndər Heydər Əliyev müdrik dövlət rəhbəri, fenomenal idarəçi olmaqla respublikaya rəhbərliyi dövründə milli maraq və mənafelər çərçivəsində qadınlarla bağlı dövlət siyasətini təmin edərək Azərbaycan qadınının şərəfli adının daim uca tutulmasına çalışıb. Azərbaycan qadınının mərdliyini, dözümlülüyünü, səmimiyyətini, sədaqətini, vəfa və ismətini hər zaman ən ali dəyər kimi qiymətləndirən ümummilli liderin yüksək iradəsi, məqsədyönlü fəaliyyəti nəticəsində respublikanın sosial-iqtisadi, siyasi, mədəni həyatında əldə olunmuş yüksək tərəqqi cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, gender bərabərliyi sahəsində də mütərəqqi nailiyyətlərə rəvac verib.Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir. Buna paralel olaraq Azərbaycan Respublikası gender siyasətinin daha da inkişaf etdirilməsi üçün gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, 1998-ci ildə «Azərbaycanda qadınların rolunun artırılması haqqında», 2000-ci ildə isə «Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamları imzalanıb ki, bütün bunlar ölkəmizdə qadın hüquqlarının qorunması, onların cəmiyyətin müxtəlif sahələrində uğurlu iştirakçılığının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizdə qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb. 2006-cı ildə dövlətimizin başçısının Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 9 avqust 2006-cı il tarixli Fərmanı ilə «Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə» təsdiq edilib. Əsasnaməyə əsasən, Komitə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, inkişafını təmin edərək qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə müstəqil respublikamızın ailə siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyulub. Komitə bu sahədə Dövlət proqramlarının uğurla reallaşdırılması və digər dövlət qurumları ilə səylərin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparır. Komitənin fəaliyyətinin əsas istiqaməti həssas qruplardan olan ailələrə, sadəcə, yardım göstərmək deyil, eyni zamanda, onları ictimai həyata cəlb etməkdir.2008-ci ilin yayında Bakıda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən «Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi» mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Mehriban xanım Əliyeva, eyni zamanda, Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni həyatında daim mühüm rola və mövqeyə malik olduqlarını xüsusi vurğulayıb: «Bu gün qadınlarımız idarəetmə, hüquq və məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Onlar ölkə üzrə məktəb müəllimlərinin 71, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər. Bu yolu Azərbaycan qadını 90 il ərzində keçmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir».Demokratik cəhətdən inkişaf etmiş ölkələrdə belə, özünü ciddi sosial bəla kimi göstərən məişət zorakılığı fiziki, psixoloji, maliyyə, iqtisadi, sosial və başqa vasitələrdən istifadə yolu ilə insanın digərinə öz iradəsini qəbul etdirmək cəhdi və bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətdir. Zorakılıq bir kəsin gücündən, sosial statusundan, yaxud xidməti vəzifəsindən istifadə edərək başqalarını qəsdən incitməsi, şərəf və ləyaqətini alçaltmasıdır. Zorakılığa — zorakılıq hədələri, habelə insana zərər vura bilən digər hərəkətlər daxildir. Bu qeyri-insani davranış forması insanların əqli inkişafına, ümumi sağlamlığına və rifahına vurulmuş zərər də ola bilər. Zorakılığa, həmçinin insanların özlərinə bilərəkdən zərər verməsi, o cümlədən özünəqəsd halları da daxildir. Psixoloqların rəyinə görə, fiziki və psixoloji zora məruz qalan insanlar depressiya, aqressiya, stress keçirir, özlərinə qapanır, digərləri ilə münasibət qurmağa, cəmiyyətə inteqrasiya etməyə meyilli olmurlar.Azərbaycanda qadınlar həyatları boyu işsizlik, karyerada ayrı-seçkilik, məişət zorakılığı, gender-əsaslı ayrıseçkilik və s. bir sıra sosial, iqtisadi, mədəni və siyasi çağırışlarla qarşılaşa bilir. Qadınlar öz üzərində əməkhaqqının təyin edilməsində bərabərsizliyi, eləcə də iş yeri seçimində stereotip yanaşmaları hiss edə bilir, bununla yanaşı əksər hallarda iş və məişət qayğılarının “ikiqat yükünü” öz üzərinə götürməyə məcbur qalırlar. Qadınların hüquqlarının möhkəmləndirilməsi, eləcə də onların karyera və təhsil sahələrində yüksəlişinə mane olan amillərin aradan qaldırılması istiqamətində bir çox fəaliyyətlərin artıq həyata keçirildiyinə baxmayaraq, gender və gender bərabərliyi anlayışlarına münasibətdə sərt yanaşmalar hələ də cəmiyyətdə dominant mövqeyini qoruyub saxlayır və gender bərabərliyi məfhumunun cəmiyyətə sirayət etməsi üçün lazım olan siyasətlərin həyata keçirilməsi hələ də arzuolunan səviyyədə deyil. Bu səbəbdən, oturuşmuş patriarxal baxışlar sisteminin yerindən tərpədilməsinə nail olmaq üçün gender bərabərliyinin təmin edilməsi sahəsində səylərini ortaya qoyan bütün oyunçuların lazımi bilik, bacarıq və imkanlara malik olması, eləcə də siyasətlərin hazırlanması və icrası ilə bağlı mühüm qərarların verilməsi və yerinə yetirilməsi zamanı qadınların verə biləcəyi töhfəni və onların prioritetlərini nəzərə almaları mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönələn siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Belə ki, idarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı əsas prioritet təşkil edir. Lakin gender məsələləri ilə bağlı müəyyən problemlər də mövcuddur ki, bunun aradan qaldırılması üçün dövlətlə yanaşı, cəmiyyət də öz töhfəsini verməlidir. Ən əsas da qadınlara qarşı zorakılıq hallarına və ailələrdə qız uşaqlarına qarşı fərqli münasibətə son qoyulması üçün güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.

Bu xəbəri paylaşın: