Bakıda küçəyə şəhid Səbuhinin adı verildi

Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.

Bu barədə Fedai.az-a Xətai Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.

Məlumata görə, «Abidə» küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Xətai rayonu ərazisində 3 küçəyə Vətən müharibəsi şəhidləri Rəcəb Məmmədov, Kəmaləddin Məmmədzadə və Səbuhi Əhmədovun adı verilib.

Ümumilikdə rayon ərazisində 17 küçənin adı dəyişdirilib.

Bu xəbəri paylaşın: