Vətənpərvər şairəmizi təbrik edirik

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev  başda olmaqla veteranlar Nəsibə xanım İsrafilqızını təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırlar.

25 may 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə 8 Mart — Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilən qadınlara medalları təqdim olunub. Medalları xanımlara komitə sədri Bahar Muradova şəxsən özü təqdim edib. «Tərəqqi» medalına layiq görülən xanımlardan biri də vətənpərvər şairə, AYB-nin və AJB-nin, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvi, «Qızıl qələm» media mükafatı laureati, BMT Yanında Ümumdünya Sülh Federasiyasının «Sülh səfiri» mükafatçısı, «Məmmd Araz» Xan qızı Natəvan'», «Simurq 2021», «Böyük Zəfər», «Milli Ordu — 100», «Böyük Vətən Müharibəsi — 75», «AVMVÍB -25 xatirə medallarının mükafatçısı, AVMVÍB sədrinin ideoloji işlər üzrə müşaviri, 15 kitabın, 50-a yaxın mahnının müəllifi Nəsib xanım İsrafilqızıdır.
Yaradıcılığının mayası vətəndən, vətənpərvərlikdən ibarət olan Nəsibə xanımın 44 günlük Vətən Müharibəsinə həsr etdiyi «44 nəğmə 44 rəy» adlı ən son çıxan kitabı buna bariz nümunədir. Kitab ictimaiyyət tərəfindən yüksək məmnunluq hissi ilə qarşılanmış və dövlətimiz tərəfindən layiqli qiymətini almışdır. Onu da qeyd edək ki, şairənin Vətənlə bağlı mövzularının bu qədər içdən yazılması təsadüfi deyil. Nəsibə xanım həm qaçqınlıq, həm də köçkünlük taleyi yaşayan yeganə şairədir. Nəsibə xanımın ürəyi vətəniylə döyünən, qələmi ilhamını Azərbaycanın əvəzolunmaz gözəlliklərindən alan bir insandır. O,şeirlərini səsləndirərkən insanın ürəyi riqqətə gəlir. Azərbaycana olan sonsuz sevgisini qələmindən süzülən hərflərin ahəngiylə beyinlərə ötürür.
«Tərəqqi»medalına layiq görülən vətənpərvər şairəni biz də səmimi qəlbdən təbrik edir, ona vətən naminə tutduğu bu şərəfli yolda uğurlar, bol-bol nailiyyətlər arzu edirik. Və ona təbrikimi bir şeirlə yekunlaşdırmaq istəyirəm.

Nəsibə…

Ey vətən qoxulu dağ bənövşəsi,
Ey insanoğlunun cənnət guşəsi,
Qəhrəman yurdumun ucalan səsi,
Bu dünya durduqca, vardır Nəsibə..

Nurlu simasından Günəş utanar,
Qələmi qılıncdır, çox canlar alar
Qəlbi vətən ilə alışıb, yanar
Anadır, bacıdır, yardır Nəsibə.

Əyilməz vicdanı sonsuz ümmandır,
Hər sözü, söhbəti bir asimandır.
Qırılmaz qüruru polad qalxandır,
Xəzan könüllərdə bardır Nəsibə..

Məzluma doğmadır, haqdan yanadır,
Düşməni kəlməylə, sözlə qanadır,
O, Sara Xatundur, Tomris Anadır,
Yay günü xəstəyə qardır Nəsibə..

Qələmi ilhamın vətəndən alır,
Şuşanın qoynunda məskənin salır,
Nəğməylə,şeirlə yaddaşda qalır,
Kamandır,tütəkdir,tardır Nəsibə..
Dünya yaşadıqca, vardır Nəsibə..

Çinarə Seyran

Bu xəbəri paylaşın: