AVMVİB Yardımlı rayon şöbəsi şəhidin anım gününü qeyd ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin üzvləri Yardımlı şəhərində 1-ci Qarabağ muharibəsi şəhidi Mirzəyev Məharətin anım  günün qeyd ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.

24.06.2023-ci il tarixdə Yardımlı şəhərində i şəhidi Mirzəyev Məharətin anım gunu ilə keçirilən tədbirdə şəhidin oğlu Arzu Mirzəyev, şəhid valideyinləri,ziyalılar,İdman və Gənclər İdarəsinin rəisi,,qazilər ,Vetranlarla iş şobəsini əməkdaşlari,şair Əlisafa Əhməd oğlu,qəsəbə ərazi dairə üzrə nümayəndəsinin sədri,Yardımlı Rayon Polis şöbəsinin rəisi və əməkdaşlari , AVMVİB-nin Yardımlı rayon şöbəsinin sədri Mayilxan Əliyev iştirak ediblər.

Şəhid Məharət Mirzəyevin məzarı başında şəhid ruhlarına dualar oxunub və gül dəstələri qoyulub.

Qeyde edək ki,Mirzəyev Məharət Rəşid oğlu​ 1959-cu il fevralın 20-də Yardımlı qəsəbəsində qulluqçu ailəsində anadan olub.Məharət Mirzəyev Yardımlı rayon Polis şöbəsinin Yol Patrul xidmətinin əməkdaşı olub. Qarabağ uğrunda gedən döyüşlərədə iştirak etmş​ və 1992-ci il iyunun 24-də Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: