Vətənpərvər işadamı AVMVİB-nin fəxri üzvü seçilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyinin qərarıyla işadamı Famil Bağıyev birliyin fəxr üzvlüyünə qəbul edilib və «Böyük Zəfər» xatirə  medalı ilə təltif olunub.

Medalı Famil Bağıyevə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov təqdim etmişdir.

Vahid Abdurəhmanov vurğulamışdır ki, işadamı, ziyalı və vətənpərvər bir şəxs kimi Famil Bağıyev daim Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə və qazilərin problemlərinə daim diqqətlə yanaşmış, onlara qayğısını əsirgəməmişdir.

Həmçinin işadamı şəhid ailələri ,qazilərə və veteranlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin Şirvan bölgəsi üzrə səlahiyyətli nümayəndəsi ,AVMVİB İsmayıllı rayon şöbəsinin sədri Ravid Pənahov tərəfindən Fəxri Fərmanla təltif olunub.

Təbrik edirik!

Bu xəbəri paylaşın: