İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də «Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyinin Göyçay royon şöbəsinin sədri 2 — ci qrup müharibə əlili Qənbərov Zaur Ramiz oğludur . İyul ayının 19 — da onun 48 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan 2 — ci qrup müharibə əlili Qənbərov Zaur Ramiz oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) rəhbərliyi və Fədai .az kollektivi səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib— tükənməyən naliyyətlər arzu edib deyirlər, Zaur qoy yaşının üstə yaş gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin, hər yeni günün isə səno istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Zaur Ramiz oğlu Qənbərov 1975 -ci ilin iyul ayının 19 — da Azərbaycan Respublikasının Göyçay rayonunun Qaraməryəm kəndində anadan olub.
1992 — ci ildə Göyçay rayonun Qaraməryəm kənd orta məktəbi bitrib.
1993 — 1994 — cü ildə Azərbaycan Ordusunun tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Tərtər rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Ağdərə rayonunun ərazisi bütövlüyü uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb.

2021 ci ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) Göyçay royon şöbəsinin sədri vəzifəsindədir.
ZAUR 48 YAŞIN MÜBARƏK !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


