Yenə cənnət ətirli şəhidlərin əziz valideynləri ilə birlikdə “CƏNNƏT MÖVLUDUN MÜBARƏK” tədbiri günü, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Seyyid Mübariz Hüseynov və təşkilatın üzvüləri, Arif Mehi oğlu Abbasov, Şahin Şamil oğlu Allahverdiyev həmçinin Bankə qəsəbə İƏD üzrə nümayəndəsi Nağıyev Tarel Tarix oğlu, Neftçala Rayon bələdiyə nümayəndəsi Ağəli müəllim Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndələri, din xadimləri, şəhid ailələri və qəsəbə sakinləri ilə birgə kecirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Seyyid Mübariz Hüseynov çıxış edərək:
Qazilər Şəhidlərin əmanətidir, Şəhidlərimiz olmasaydı, biz qazilər bu gün burda sizin qarşınızda danışa bilməzdik. Biz qazilərin vəzifəsi Şəhid ailələrini hər zaman diqqət mərkəzində saxlamaq, onları cəmiyyətə tanıtdırmaq, onları bir anda olsun belə darıxmağa qoymamaqdır. Lakin bu tək qaizlərin deyil, Azərbaycanın bütövlüyü uğrunda şəhid , qazi olanları diqqət mərkəzində saxlamaq bütöv Azərbaycan xalqının mənəvi görəvidir.
“Bir güllə bahar olmaz” deyərək tək anım və ya şəhadət günləri deyil hər zaman onlar bizim nəzərimizdə diqqət mərkəzində olmalıdırlar. Sonra şəhidlərin ruhuna dualar oxundu və şəhid abidəsi önündə xatirə şəkilləri çəkildi.
Bu gün 20 iyul Neftçala Rayon Bankə qəsəbə sakini Şəhid Natiq İltifat oğlu Məmmədovun və Mais Şakir oğlu Səfərovun Neftçala Rayon Xol Qarabucaq kəndində “CƏNNƏT MÖVLUDU” idi

Natiq İltifat oğlu Məmmədov 20 iyul 1993-çü ildə Neftçala rayonu Bankə qəsəbəsinin Seyyidlər kəndində anadan olmuşdur.
8 noyabr 2020 – ci ildə Qubadlı rayonunda Vətən torpaqlarını qoruyarkən “Şəhadət şərbətini” içərək ən uca zirvə olan Şəhidlik zirvəsinə ucaldı.
Natiq İltifat oğlu Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsində şəhid statusunu aldı.
Natiq Məmmədov 1999-cu ildə Neftçala rayonu Bankə qəsəbəsində 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbin məzunu olmuşdur. Natiq bir müddət Moskva şəhərində aşpaz işləmişdir. O, ailədə 1 bacının tək qardaşı idi.
Natiq Məmmədov 20 iyul 2011-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Xidmətini Mingəçevir rayonu N saylı hərbi hissədə etmiş və bu müddət ərzində rabitəçi vəzifəsində qulluq etmişdir.
Natiq Məmmədov əsgərliyi müddətində nizam-intizamı ilə fərqlənmiş və xidmətini təşəkkürnamə ilə bitirmişdir. 30 sentyabr 2020-ci il tarixində Qarabağ müharibəsinə yollanmışdır.
Natiq Məmmədov Füzuli, Zəngilan, Laçın və Qubadlı istiqamətlərində rəşadətlə vuruşmuşdur. Qubadlı rayonunun Qafan kəndində baş verən döyüşdə qəhrəmancasına vuruşaraq Şəhid olmuşdur. 8 noyabr 2020-ci il tarixində Neftçala rayonundakı Şəhidlər məzarlığında dəfn olunmuşdur.
«Vətən uğrunda» medalı — (15.12.2020)
«Qubadlının azad olunmasına görə» medalı — (29.12.2020)
«Cəbrayılın azad olunmasına görə» medalı — (24.12.2020)

Mais Şakir oğlu Səfərov 20 iyul 1999- cı ildə Neftçala Rayon Xol Qarabucaq kəndində anadan olmuş1 oktyabr 2020 – Vətən torpaqlarını qoruyarkən “Şəhadət şərbətini” içərək ən uca zirvə olan Şəhidlik zirvəsinə ucaldı.
Mais Səfərov 20 iyul 1999-cu ildə Azərbaycanın Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Bir bacısı var idi.
İbtidai təhsilini 2006-ci ildə Səbail rayonu Bayıl qəsəbəsi 163 saylı tam orta məktəbdə almış, daha sonra təhsilini 2010-cu ildən 2015-ci ilə qədər Sabunçu rayonu Balaxanı qəsəbəsi C. Cahangirov adına 4 saylı tam orta məktəbdə davam etdirmiş, 2015-ci ildə Bakı Humanitar Kollecinin Təsviri İncəsənət müəllimliyi fakültəsinə qəbul olmuşdur. 31 may 2019-cu ildə kollec təhsilini başa vurmuşdur
Mais Səfərov 1 iyul 2019-cu ildə Neftçala RHK-dan xidmətə yollanmış, Goranboy rayonu Aşağı Ağcakənd kəndində xidmət etmişdir. Əsgərlikdə olarkən xidmətini layiqli yerinə yetirdiyi üçün dəfələrcə fəxri fərmana layiq görülmüşdür. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Səfərov Talış yüksəklikləri, Murovdağ və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qrantamiyotçu olan Mais Azərbaycan telekanallarının birindəişğaldan azad olunmuş torpaqlarda erməni maşınlarını apararkən görünmüşdü. Səfərov 1 oktyabr 2020-ci ildə Goranboy rayonu Tap Qaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində Ermənistan qüvvələri tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində həlak olmuşdur.
(15 dekabr 2020) — «Vətən uğrunda» medalı (ölümündən sonra)
(18.12.2020) — «Cəsur döyüşçü» medalı
(29 dekabr 2020) — «Suqovuşanın azad olunmasına görə» medalı (ölümündən sonra)
(29 dekabr 2020) — «Kəlbəcərin azad olunmasına görə» medalı (ölümündən sonra)
Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, Rayon Ağsaqqallar şurasının, Rayon İcitmai şurasının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Hörmətlə: AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Seyyid Mübariz Hüseynov



