23 iyul tarixi. Hər ilin bugününkü günü, yenə qəlbim sızlayır, gözlər yaşla dolur, halım pərişan olur. Bir zamanlar bir azyaşlının bizim hərbi hissəyə gəldiyini eşidərkən bir kəşfiyyat komandiri kimi çox əsbləşmişdim. Axı doyüş uşaqlar üçün deyil, savaş meydanının yazılmamış qanunları, hər an dəyişən döyüş əməlyyatının istiqaməti, gecəli –gündüzlü silah əldə, bəzən yağışda bəzən də qarlı havada torpaq üstündə yatmaq hər igidin işi deyil.
Rövşən Ağamalıyev Baloğlan oğlu 1975-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. Bankə qəsəbə 1 nömrəli orta məktəbində və Neftçala texniki-peşə məktəbində təhsil almışdır.

15 yaşında Qarabağ müharibəsi başlayan vaxtı 3 yoldaşı ilə birlikdə evdən gizli qaçıb Zəngilana getmiş və könüllü olaraq ordu sıralarına qoşulmaq istədiklərini bildirmişdi, amma yaşlarının az olduğundan komandanlıq onları geri qaytarmışdı. 17 yaşında yenidən könüllü olaraq ordu sıralarına qoşulmuş və Ağdamın Mərzili , İsmayılbəyli , Bağmanlar kəndləri uğrunda gedən döyüşlərdə xüsusi igidliklər göstərmişdir
1993-cü il 23 iyulda Ağdam rayonundakı Atçılıq sovxozunun azad olunması uğrunda gedən döyüşlərdə piyadalarımızın döyüş mövqeyində normal dayanmalarından ötrü zədələnmiş döyüş maşınını özü təmir etmiş, texnikanın üstündə düşmənlərə hücum etmiş, döyüş bölgəsi önündə yerləşən 13 saylı postda olmuş, düşmən texnikasının irəliləməsinə imkan verməmiş, düşmən piyadalarını məhv etmiş, yaralanmış döyüşçülərimizin döyüş mövqeyindən çıxması üçün bütün hərbi tədbirləri görmüş, işğalçıların güclü hücumuna baxmayaraq döyüş mövqeyini tərk etməmiş, düşmən əsgərlərinin irəliləməsinin qarşısını almışdır və sonda qəhrəmanlıqla şəhid olmuşdur.

Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.
Bir zamanlar özünü tanımadığım 17 yaşlı bu gəncin ailəsi ilə qonşu olaçağımı hec bilməzdim. 2000-ci ildə xidməti vəzifəmi davam etdirmək üçün məni Nefçala rayonu Bankə qəsəbəsində yerləşən N saylı hərbi hissənin Dayımi Yaşayış Qarnizonunda, Qarnizon komadiri təyin edildikdə 17 yaşında olan Şəhid Ağamalıyev Rövşənin atası El ağsaqqalı Ağamalıyev Baloğlan Rəhman oğlu ilə tanış oldum.
Ağamalıyev Baloğlan həmin hərbi qarnizonda uzun müddət işlədiyini öyrəndim. O, zaman Şəhid Rövşənin belə az yaşında vətənə, millətə və bayrağa sevgisinin hardan gəldiyini başa düşdüm.
“Ot kökü üstündə bitər” misalı demək boşuna deyilməmişdir.
İndi hər 23 iyunda biz neftçalalılar Şəhid Ağamalıyev Rövşənin xatirəsini əziz tutmaq üçün onun yaşadığı ünvana toplaşırıq.
Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, Rayon Ağsaqqallar şurasının, Rayon İcitmai şurasının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
Hörmətlə: AVMVİB Neftçala rayon şöbə sədrinin təşkilatı məsələlər üzrə müavini Seyyid Mübariz Hüseynov


