Filippində minlərlə insan təxliyə edilir

Filippinin şimalına yaxınlaşan «Doksuri» qasırğası səbəbindən ölkədə minlərlə insan təxliyə edilib. Fedai.az xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər tayfunun öz marşrutu üzrə yaşayış məntəqələrinə güclü yağışlar yağdıraraq quruda daşqın və sürüşmələrə, okeanda 3 metrlik dalğalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Filippin hökuməti tayfun səbəbindən minlərlə insanın təxliyəsi təşəbbüsü ilə çıxış edib, məktəblərdə təhsil üç gün müddətinə dayandırılıb. «Doksuri» küləyinin sürətinin saatda 185 kilometrə çatdığı, Caqayandakı Tuguegarao şəhərindən 310 kilometr şərqdə olduğu bildirilib. Bəzi ərazilərdə dəniz nəqliyyatı müvəqqəti olaraq dayandırılıb. Digər tərəfdən, tayfunun şimal-qərbə doğru hərəkət edərək Tayvanın cənubundan Çinə çatacağı gözlənilir.

«Doksuri» qasırğasının Filippinlə yanaşı bölgə ölkələrinə də təsir edəcəyi gözlənildiyi halda, Tayvan ordusu tərəfindən hər il təşkil edilən və dünən başlayan «Han Kuang» hərbi manevr təlimi əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.

Dalğaların təlimin keçirildiyi mülki hava limanının Tayvanın cənub-şərqində 2,5 metr hündürlüyünə çatdığı qeyd edilib.

Bu xəbəri paylaşın: