Müharibənin ilk günlərindən, həm həkim kimi, həm də əldə silah bir əsgər kimi doğma Qarabağın müdafiəsinə qalxanların ön sıralarında yer almış həkim, müharibə veteranı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvü Ramiz Əsgərovun 70 yaşı tamam olur.
Ramiz Əsgərov 70 illik yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif olundu.
Ramiz Əsgərov Müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə hər zaman göstərdiyi həssas və qayğıkeş münasibətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri fərmanı ilə təltif edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavini Vahid Abdurəhmanov məlumat verib.
Təltif edilmə mərasimində Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavini Vahid Abdurəhmanov , MNTK sədri Niyazi Quliyev , I və II Qarabağ müharibələrində iştirak etmiş Rafiq Məmmədov və Məhərrəm bəy iştirak ediblər.

Fəxri Fərmanı AVMVİB sədri Füzuli Rzaquliyev təqdim edib.
Füzuli Rzaquliyev həkim, müharibə veteranı ,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvü Ramiz Əsgərovu 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı arzuladı. AVMVİB sədri bildirdi ki,Ramiz həkim könüllü şəkildə müharibəyə qoşularaq, yaralı hərbçilərimizi həyata qaytaran, şəhid sayının minimum olması üçün öz həyatını təhlükəyə atan güllənin, mərminin altında öz vəzifəsini laiqincə icra edən həkimlərimizdəndir.
Bütün gözəlliklər sizin olsun, Ramiz həkim!
Təbrik edirik!


