AVMVİB sədri Arzu Nağıyevi təbrik etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Milli Məclisin deputatı, ictimai-siyasi xadim ,Müharibə veteranı AVMVİB -nin üzvü Arzu Nağıyevi 60 yaş münasibəti, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Şöhrət» ordeninə layiq görülməsi münasibəti ilə təbrik edib.

 Arzu Nağıyev çox təcrübəli, bilikli, vətənpərvər və fəaliyyətində uğurlar qazanmış millət vəkilidir. Arzu Nağıyev hər zaman öz seçiciləri ilə sıx təmasda və əlaqədə olan deputatdır. Arzu Nağıyevi müharibə veteranı kimi ad günü münasibəti ilə həm öz həm də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvləri adından təbik edirəm. , can sağlığı, uzun ömür, həyatı və fəaliyyətində uğurlar arzu edirəm.

Hörmətli deputatın bacarığını ölkə başçısı, cənab Prezident İlham Əliyev də yüksək dəyərləndirərək onu «Şöhrət» ordeni ilə təltif etdi.

Arzu Nağıyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvüdür. O, daim şəhid ailələri və qazilərimizin yanında olmuş, hər zaman onların qayğısına qalmış və problemlərinin həllinə köməklik göstərdiyi üçün Prezident cənab İlham Əliyev millət vəkilini «Şöhrət» ordeni ilə təltif etməsi xəbəri həm də yüzlərlə şəhid ailəsi və qazilərimizi də sevindirmişdir.

100 yaşayın

Bu xəbəri paylaşın: