Bu gün “İmam Əli” məscidində Aşura günü münasibəti ilə könüllü qanvermə aksiyası keçirilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləri «Qanver -yaşat qanvermə aksiyasında iştirak ediblər.
AVMVİB -nin Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynovun və AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərovun təşkilatçılığı ilə 54 Müharibə veteranı “İmam Əli” məscidində qan verib.




