Bərdə rayonunda Aprel döyüşləri və Vətən müharibəsinin qəhrəman döyüşcüsü, qazi Elman Abbaslının toy mərasimi keçirilib. Qəhrəman qazimizin toyunda onun yaxınları, ailə üzvləri ilə bərabər, döyüş yoldaşları Nərmanzadə Nərman, Heydərli Fərid , Yusibov Elçin , Əsədov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi sədri Çingiz İsayev iştirak ediblər.
Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Qazi Abbaslı Elman Kərəm oğlu 44 Günlük Vətən Müharibəsində xüsusi fəallıqla iştirak etmiş, döyüşlərdə fərqləndiyi görə AVMVİB Tərtər rayon şöbəsi tərəfindən Fəxri Fərman və döş nişanı ilə təltif olunub.
Fəxri Fərmanı AVMVİB Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev qazinin öz toyunda təqdim edərək ona xoşbəxtlik, ailə səadəti arzu edib .
Elçin Qədirov



Elçin Qədirov