MÜBARƏKDİ ZƏFƏRİM

Nəsibə İsrafilqızı

Fedai.az Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri ,şairə-publisist, AYB-nin və AJB-nin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru ,“Tərəqqi” medalı Nəsibə İsrafilqızının yazdığı «Mübarəkdir zəfərim» şeirini təqdim edir.

MÜBARƏKDİ ZƏFƏRİM

Ulduzuma ağuş açan ayımdı,
Mavi səma qürur çəkən boyumdu.
Babam Qorqud ozanımdı, soyumdu,
Gülür Vətən, gülür kəndim, şəhərim,
Mübarəkdir, mübarəkdir zəfərim!

44 günlük qəhrəmanlıq dastanı
Heyran etdi el-aləmi, dünyanı.
Azərbaycan — qələbənin ünvanı,
Öndə durub dəmir yumruq rəhbərim,
Mübarəkdir, mübarəkdir zəfərim!

Dağım-daşım bahadırlar səngəri,
Basılmazdır Azərbaycan əsgəri.
Duamızdır el-obanın nəzəri,
Əbədiyyət soraqlıdır səhərim,
Mübarəkdir, mübarəkdir zəfərim!

Bu xoş günüm Haqdan paydı, bağışdı,
Dil əzbərim ərənlərə alqışdı.
Eşqim, sevgim torpağıma naxışdı,
Bu sevgimdə səadətdir bəhərim,
Mübarəkdir, mübarəkdir zəfərim!

Bu xəbəri paylaşın: