İyulun 31-də Nizami Kino Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə ərsəyə gətirilmiş, Vətən müharibəsi şəhidi Muxtar Qasımlıya həsr olunan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimat mərasimi keçirildi.
Tədbirdə Muxtar Qasımlının valideynləri ,dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, müharibə iştirakçıları, şəhid anaları və digər ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimat mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə şəhid Muxtar Qasımlı Böyük Zəfər Xatirə medalı ilə təltif olundu.

«Böyük Zəfər» xatirə medalını Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəzarət Təftiş Komissiyasının sədri Niyazi Quliyev şəhidin valideynləri Əli və Almaz Qasımlıya təqdim etdi.Niyazi Quliyev AVMVİB sədri Füzuli Rzaquliyevin salamını tədbir iştirakçılarına çatdıraraq ,AVMVİB sədrinin üzrlü səbəbdən tədbirdə iştirak edə bilmədiyini qeyd etdi.MNTK sədri şəhidlərimizin daima qəlibimizdə yaşayacağını vurğulyaraq ,tariximzə ekskursiya edərək bütün dönəmlərdəki şəhidlərimizi xatırladı.Niyazi Quliyev nitqini Şəhidlər ölməz, Vətən bölünməz ,Yaşasın Müzəffər Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan! ifadələri ilə bitirdi.

Tədbirdə AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov Şəhid ailələri, Qazilər və Müharibə veteranlarına göstərdiyi qayğı və diqqətə görə tədbirin təşkilatçısı Əliyeva Əfsanə Möhlət qızını Fəxri Diplomla təltif etdi.Polkovnik şəhidliyin uca məqamından bəhs edərək ,vətənimizn daima müsəlləh əsgərləri olduğumuzu qeyd etdi.
Sonda qazilərin ifasında Vətənpərvər mahnıların bəstəçisi,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri üzvü Fərahim Sadiqin bəstələdiyi»Əsgərnamə» elegiyası səsləndiril







