Bu gün -1Avqust Azərbaycan Dili və Əlifbası Günüdür

Azərbaycan Dili və Əlifbası Günü — Azərbaycanda qeyd olunan milli bayram. Bayram günü hər il 1 avqustda qeyd olunur. Rəsmi dövlət bayramı sayılsa da, istirahət günü siyahısına daxil deyil.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, SSRİ dövründə məcbur qəbul edilmiş qərarların yenidən baxılmasına başlandı. Belə qərarlardan biri əlifba ilə bağlı oldu. 1939-cu ildə Sovet İttifaqı rəhbərliyinin tapşırığı ilə Azərbaycada latın qrafikalı əlifbadan kiril qrafikalı əlifbaya keçilmişdi. Müstəqillik əldə etdikdən sonra yenidən latın qrafikası əlifbaya keçilməsi təklifi irəli sürüldü. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. 2001-ci il avqustun 1-də bütün respublika ərazisində kiril qrafikalı əlifbanın tətbiqi dayandırıldı. Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-inin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzaladı.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev, birliyin 90 min müharibə veteranı və “Qocalar Döyüşə Gedir” qrupu adından Azərbaycan Dili və Əlifbası Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirik.
Hörmətlə: AVMVİB Neftçala rayon şöbə sədri Mübariz Hüseynov

Bu xəbəri paylaşın: