Gözlər qəlbin aynasıdır

Psixoloq və nevroloqların bu mövzuda illərdir davam etdirdikləri araşdırmalar, baxışlarımızın nələri ələ verdiyi və göz təması qurduğumuz adam haqqındakı düşüncələrimizin necə dəyişdiyi də daxil olmaqla, göz kontaktının gücü və təsirinə dair maraqlı tapıntılar ortaya qoyublar.

Gözlər bizim diqqətimizi çəkir və ətrafımızda baş verən digər hadisələr bulanıqlaşır. Bizə baxan biri ilə göz-gözə gəlməyimiz  beynimizdə  bəzi əməliyyatların dərhal başlamasına səbəb olur. Bizə baxmaqda olan  başqa bir insanla göz-gözə gəlmək bizdə onun ağlını oxuduğumuz hissini oyadır. Onun unikal perspektivi olduğu ideyası bizim vəziyyətimizdə daha diqqətli olmağa gətirib çıxarır. Bir başqa insanın baxışlarına bilavasitə məruz qalmaq yaddaşa, beynin xəyal qurma funksiyasına və lazımsız məlumatları ləğv etmə funksiyasının idarə olunmasına da təsir edir. Beynimiz biz biri ilə danışanda deyilənlərə daha yaxşı diqqət etməyimiz üçün göz kontaktını dayandırıb baxışlarımızı anlıq olaraq uzaqlara yönəltmək ehtiyacı duyur.

İdeal göz kontaktı müddəti

Tədqiqatlar göstərir ki, göz kontaktları qarşı tərəfin bizim qavrayışımızı formalaşdırmasına təsir edir. Məsələn, daha rahat göz təması qura bilən  insanlar daha asan münasibət quran, daha tez  uyğunlaşa bilən və səmimi ola bilən insanlar olurlar. Lakin, həddindən artıq göz kontaktları və çox diqqətli baxışlar narahatlıq hissi verir. Tədqiqatçılar göz kontaktının üç saniyədən çox olmamasının lazım olduğunu və 9 saniyədən sonra mənfi təsir göstərdiyini bildiriblər. Qarşılıqlı baxışma fərdlər arasında tərəfdaşlıq hissi yaradır. Bizimlə göz kontaktında olan yad bir insanı xasiyyət və görünüş olaraq özümüzə oxşatmağa başlayırıq. Başqaları başqa işlə məşğul olarkən biz göz-gözə gəldiyimiz insanla özəl bir anı paylaşma hissinə qapılırıq.

Göz bəbəklərinin böyüməsi

Daha yaxın məsafədə göz-gözə gəldikdə isə göz bəbəklərinin böyüdüyü müşahidə olunub. Bəzi  insanlar buna romantik mənalar yükləsələr də, bəzi insanlar bunu digər şəxsin gözündə parlaqlığın dəyişməsi üçün təbii bir fiziki cavab hesab edirlər. Göz bəbəklərinin böyüməsinin psixoloji səbəbləri də var. Araşdırmalar göstərir ki, göz bəbəkləri emosional, estetik maraq yarandıqda da böyüyür. Buna görə də bəzi insanlar göz bəbəkləri böyümüş üz ifadələrinin daha cazibədar olduğunu deyir. Hətta yüzillər öncə qadınlar göz bəbəklərini böyütmək üçün bitki tərkiblərindən istifadə edirdilər.

Sağlamlığınız haqqında da məlumat verir

Qarışıq hisslərin göz bəbəklərindən oxunduğunu göstərən araşdırmalar var. Məsələn, nifrət etdiyimiz biri ilə göz-gözə gəldikdə göz bəbəklərimiz böyüyür və biz bunu qarşı tərəfə ötürürük. Göz bəbəklərinin üzərindəki halqalar sağlam insanlarda daha gözəçarpan olur.

Bir sözlə, “gözlər qəlbin aynasıdır” ifadəsi əsassız deyil. Gözlər beyninizdəkiləri xarici dünyaya göstərir. Bu baxımdan başqa bir insanla göz təmasında olmaq, o insanın beyninə və ya ruhuna toxunmaq üçün ən yaxşı yoldur. Çünki uzun baxışlar böyük təsir göstərir.ikisahil

Bu xəbəri paylaşın: