Azərbaycan Xalq Cümhuriyyəti dövrüdə Azərbaycanın Hərbi-dəniz Donanması da yaradıldı. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakıni tərk edərkən şəhər limanının idarəçiliyini və və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi-dəniz Donanması təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.
1919-cu ilin sonlarında geniral İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycanın hərbi missiyası donanma üçün xaricdən 6 toplu qırıcı kater , 12 qırıcı kater , 6 sualtı qayıq ,92 gəmi toru, 10 sahil toru, simsiz teleqraf qurğuları və s. almışdı.
Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən 5 avqust tarixi ölkəmizdə Hərbi Donanma Günü kimi qeyd olunur.
Azərbaycanın Hərbi Donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Hərbi donanma ən müasir hərbi texnika ilə təchiz edilmişdir.
Hazırda ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun, o cümlədən Hərbi Dəniz Donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür. Bunun nəticəsidir ki, qüdrətlənən Azərbaycan ordusu ölkəmizə qarşı yönələn istənilən həmlələri dəf edir, torpaqlarımızı erməni tapdağından azad etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı adından Hərbi Dəniz Qüvvələrində çalışan hər kəsi təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!
Yaşasın Ali Baş Komandan, Yaşasın Müzəffər Azərbaycan Ordusu!
AVMVİB Neftçala rayon şöbə sədri Mübariz Hüseynov