Mi-24 helikopterinin vurulması — 6 avqust 1992-ci il tarixdə Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş helikopterinin Qasapet yaxınlığında ermənilər tərəfindən raketlə vurulması hadisəsi
Qasapet — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qasapet kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[2] Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. Qasapet hələ 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xaçın sancağının Çiləbörd nahiyəsinin kəndi kimi tarixdə qeyd olunmuşdur. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
Həlak olanların siyahısı
- Zakir Məcidov 26 iyun 1956, Neftçala rayonu – 6 avqust 1992 — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
- Ruslan Aleksandroviç Polovinko 21 oktyabr 1969, Xarkov vilayəti – 6 avqust 1992, Ağdərə — Hərbi hava qüvvələrinin leytenantı, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
- Cavanşir İzzət oğlu Rəhimov; 5 iyun 1973, Qaşqaçay, Qax rayonu – 6 avqust 1992, Qasapet, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin. Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid ailələrinə səbr diləyirik.
AVMVİB Neftçala rayon şöbə sədri Mübariz Hüseynov