Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağstafa rayon şöbəsinin sədri Əliməmməd Babaxanovun 69 yaşı tamam olur.
Əliməmməd Babaxanov ağır döyüş yolu keçmiş müharibə veteranı olmaqla yanaşı, həm də yaxşı ictimaiyyətçi kimi tanınır. Bölgə veteranlarımızın problemlərinin həllində, şəhidlərimizin xatirələrini əbədiləşdirilməsi və yad edilməsi kimi vətənpərvər tədbirlərin təşkilində daim öndə olan şöbə sədrlərimizdəndi.
Ehtiyatda olan baş -leytenant Babaxanov Əliməmməd Asim oğlu 1954 -cü ilin avqust ayının 12 -də Azərbaycan Respubilkasının Ağstafa rayonun Marksovka (indiki Xətai) kəndində ziyalı ailəsində anadan olub, O, Ağstafa Marksovka (indiki Xətai) kənd orta məktəbi və Bakı Xalq təsərrüfatı institunu bitrib.
Hərbi və İctimai vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, korpus və briqada komandirlərinin, Ağstafa Rayonun İcra Başçısının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədrinin bir sıra Respublika İctimai təşkilat sədirlərinin müvafiq əmrləri ilə xatırə medalları və döş nişanları ilə təltif edilib, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağstafa rayon şöbəsinin sədri Əliməmməd Babaxanovu doğum günü münasibətiylə təbrik edir, uzun ömür və cansağlığı arzulayırıq.
Bütün gözəlliklər sizin olsun!
100 yaşa, Əliməmməd bəy!
AVMVİB Rəhbərliyi, AVMVİB Ağstafa rayon şöbəsinin üzvləri və Fedai.az kollektivi



