Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü münasibəti ilə sərhəddimizin keşikçilərini təbrik etmişdir.
F.Rzaquliyev bildirmişdir ki,18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.Ulu öndər Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınmışdır.
Vətən müharibəsi dövründə övlət Sərhəd Xidmətinin işçilərinin yüzlərlə şəhid verdiyini xatırladan F.Rzaquiliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sıralarında çoxsaylı Sərhəd Qoşunlarında xidmət etmiş müharibə veteranlarının olduğunu vurğulamış və Dövlət Sərhəd Xidməti veteranları əlamətdar gün münasibətilə təbrik etmişdir.
Füzuli Rzaquliyev təbrikdə vurulamışdır ki,Vətən sərhəddən başlayır. Sərhədi ciddi və etibarlı qorunan Vətən həmişə əzəmətli görünüb. Qürurla qeyd etmək olar ki, ölkəmizin Silahlı Qüvvələrinin sırasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin peşəkarlıq səviyyəsi daim yüksəlməkdədir.
Azərbaycan sərhədçiləri bu gün çox şərəfli bir missiyanın öhdəsindən layiqincə gəlirlər. Onlar Vətən qarşısındakı borclarını fədakarcasına yerinə yetirirlər.
Bütün Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrik edir və işlərində uğurlar arzulayırıq!
