İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə peşəkarlığı, hümanistliyi, səmimiyyəti, dəqiqliyi, təmkinliyi, vətənpərvərliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə secilən Azərbaycan Vətən Müharibəsi Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmovdur. Avqust ayının 22-də onun 60 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Rüstəmov Eldar Alməmməd oğlunun avqust ayının 22 də anadan olmasının 60 yaşının tamam olması münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Fədai.az kollektiv təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı, uzun ömür və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzu edib deyirlər,Eldar müəllim qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Elmar Rüstəmov 22.08 1963 -cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
1980- ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonun Qıvraq kənd orta məktəbi,1991- ci ildə Memarlıq və İnşaat İnstitutunu bitrib.
1991 ci ilə kimi Suraxanı rayon İcra Hakimiyyətinin memarlıq və hümanitar şöbəsində müvafiq vəzifələrdə işləyib. 1992- 1993- cü illərdə Azərbaycan Ordusunun tərkibində, Ağdam, Ağdərə və Şuşa rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir. May ayının 8-də Şuşa rayonun ərazisi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ağır yaralanıb.
1996-cı ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri vəzifəsini layiqincə yerinə yetirir.O, 44 günlük Vətən Müharibəsi zamanda hərbi qulluqçularmızın yanında olaraq, onlara öz köməyini əsirgəməmişdir.
BÜTÜN ARZULARIN ÇİN OLSUN.
ALLAH HƏR ZAMAN SIXINTILARDAN, BƏDBİNİLİKLƏRDƏN QORUSUN.
60 YAŞIN MÜBARƏK OLSUN, ELDAR MÜƏLLİM.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN.