AVMVİB-nin sədri Füzuli Rzaquliyev, Nəsimi rayon şöbəsinin sədri polkovnik Elmar Hüseynov, Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov Gədəbəy rayonunda işgüzar səfərdə olublar. Onlar İvanovka kənd məzarlığında Milli Qvardiyanın Komandanı, Şəhid mayor Tahir Məmmədovu ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, qəbrin ətrafı səliqə-sahmana salınlb, gül-çiçəklər düzülüb. Şəhid mayor Tahir Məmmədov 1983-cü ildə Gəncə hadisələrində xainlərin gülləsinə tuş gəlib. O, əsil vətənpərvər, qəhrəman, cəsur Komandan olub.
Allah rəhmət eləsin.