Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum gününü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
Çox hörmətli Mehriban xanım!
Siz, uzun illər ərzində çoxşaxəli fəaliyyəti ilə müstəqil Azərbaycanın tərəqqisinə əvəzedilməz töhfələr vermisiniz. Bizim tariximiz çox qədim və zəngindir, minillikkləri əhatə edir. Siz Azərbaycanın çoxəsrlik tarixində yer tutan ən görkəmli xanımlardan birisiniz. Çoxşaxəlı fəaliyyətiniz ilə ölkəmizdə və Şərq aləmində yeni siyasi mədəniyyəti təsdiq etmisiniz. 44 günlük Vətən müharibəsinin getdiyi şərəfli və eyni zamanda çətin dövrdə xalqın qayğısına qalmağınızla yanaşı milli qələbəmizə böyük töhfə vermisiniz.
Hörmətli Mehriban xanım Əliyeva , Siz daima şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına diqqət və qayğı göstərmisiniz.
Doğum günü münasibətlə müharibə veteranları adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsində hədəflənmiş məsuliyyətli və şərəfli vəzifənizin həyata keçirilməsində uğurlar arzulayırıq!
Hörmətli Mehriban xanım, Sizi səmimi qəlbdən təbrik edirəm möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidməti