NƏSİBƏ İSRAFİLQIZI : «MÜBARƏK QADIN» — VİDEO

Nəsibə İsrafilqızı

Fedai.az «Tərəqqi» medalı mükafatçısı ,şairə-publisist, AYB-nin və AJB-nin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızı, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya həsr etdiyi «Mübarək qadın» şeirini təqdim edir. 

Qeyd edək ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev başda olmaqla müharibə veteranları adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik.

MÜBARƏK QADIN

Sən, ey ana yurdun şəhriyar qızı,
Vətən göylərinin parlaq ulduzu!
Məramın ucadır, könlün imanlı,
Diıin dualıdır, əlin «Quran»lı.

Sən xalqın, millətin anası oldun,
Dərdinə-oduna yanası oldun.
Cənnət müjdəsidir «MEHRİBAN» adın,
Amalı, əməli mübarək qadın.

Dillərdə əzbərdi şanın,şöhrətin,
Mələk timsalıdır gül təbiətin.
Ey müqəddəs ana, ilahə qadın,
Bəşərə örnəkdir elmin, savadın.

El sənə qəlbində sevgi bəsləyir,
Səni soraqlayır, səni səsləyir.
Səndən səxavətdir — məndən söyləmək:
Atdığın hər qədəm səadət demək.

Xalqa ilham verir İLHAMlı günlər,
Sizə alqış deyir milyonlar, minlər.
Tale bu torpağa nə xoş «can» yazıb,
Nə xoş, bəxtimizə «MEHRİBAN» yazıb!

Millətə Ağ yoldur məsləkin, adın,
Ey müqəddəs ana, mübarək qadın!

Bu xəbəri paylaşın: