Təbrik: Müharibə Veteranı Rəsulova Zərxanım

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Dəmir Yolları söbəsi sədirinin müavini, müharibə veteranı Rəsulova Zərxanım Əlisəhab qızının doğum günüdür. Zərxanım Rəsulova 1968-ci ilın sentyabr ayının 12-də Bakı şəhərində anadan olub.

O, 1983 -cü ildə  Bakı şəhərində  50 nömrəli tam orta məktəbin 8 (səkkizinci) sinfini,  1986-ci ildə isə Bakı şəhərində 68 nömrəli Texniki Peşə məktəbini bitrib. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın,  Hərbi və  Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqları  şərəf və məsuliyyət hissi ilə yerınə yetirmişdir.

Zərxanım Rəsulova Azərbaycan Ordusunun tərkibində  Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə və Tərtər rayonları istiqamətində) gedən döyüşlərdə  ona həvalə vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

1991-ci  ilə kimi  «Azərbaycan Mehmanxanasında  aşbaz və baş aşbaz işləyib.1992 — 2000-ci İllərdə Azərbaycan Ordusunun  Ağdam və  Tərtər rayonlarında yerləşən hərbi hissələrində, Hərbi Hava Qüvvələrin isə Bakı şəhərində yerləşən hərbi hissəsində  Feldşer  (Baş Tibb Bacısı) vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  üzvü  Rəsulova  Zərxanım Əlisəhab qızı  2018-ci ildən  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Dəmir Yolları söbəsi sədirinin müavinidir. Zərxanım Rəsulova 44 günlük Vətən Müharibəsində  döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularmızın yanında olaraq onlara öz köməyini  əsirgəməmişdir.

Hərbi və İctimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:

«Böyük Zəfər» medali ilə ;
«Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  yaranmasının » ( 1994- 2019) 25 illiyi  yubiley medalı ilə;
«Azərbaycan Müharibə Veteranı» medalı ilə;
«Sİlahlı Qüvvələrin yaranmasının 100 illiyi (1918- 2018)» medalı ilə.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, həmçinin yaxınları Rəsulova Zərxanım Əlisəhab qızını doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür və cansağlığı arzu edirlər!

AVMVİB Mətbuat xidməti

Bu xəbəri paylaşın: