Təbrik:Ramiz Musayev -51

İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Belə insanlardan biridə işgüzarlığı, yüksək intellektual səviyyəsi və idarəçilik qabiliyyəti ilə seçilən  Azərbaycan Vətən Müharibəsi Veteranlarıİctimai Birliyin (AVMVİB)  Sabunçu  rayon şöbəsinin sədri  Musayev Ramiz Rüstəm oğludur. Sentyabr  ayının 15-də onun 51 yaşı tamam olur.


Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan, Müharibə Veteranı  Musayev Ramiz Rüstəm   oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi,

Fədai. Az kollektivi, doğmaları, iş və döyüşcü yoldaşları səmimi  qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Ramiz qoy yaşnızın üstə gələn  bu yaş sizə sevinc dolu günlər bəxş etsin.

Musayev Ramiz Rüstəm  oğlu 1971-ci ilin sentyabr ayının 15-də Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kəndində zəhmətkeş ailədə anadan olub. 1989-ci ildə Tovuz  rayonun Göyəbaxan kənd orta məktəbi bitrib.

1992- 1996-ci illərdə Azərbaycan ordusunun Bakı şəhərində,  Goronboy, Qazax, Füzuli  və Ağdam  rayonlarında yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olub və Azərbaycanın ərazi bütövlü  uğrunda gedən  döyüşlərdə fəal  iştirak edib.

 Ramiz Musayev 2021-ci ilin yanvar ayından 2022 -ci ilin iyul ayına kimi, Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinin Sabunçu rayon şöbəsinin təşkilatı  işlər üzrə müavini olmuş, 2022 -ci ilin iyul ayından etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabuncu rayon şöbəsinin sədridir.
 

O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi içində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gələrək, ictimaiyyət, müharibə veteranları işlədiyi kolektiv, dost — tanış, qohum- əqraba arasında özünə layiq hörmət qazanıb.


Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, xidmət etdiyi hərbi hissəyə və işlədiyi ictimai birliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, bir sıra Respublika İctimai Birliy sədirlərinin əmrləri ilə müvafiq medallarla, döş nisanları ilə təltif olunub,bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib

RAMİZ  51 YAŞIN MÜBARƏK OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!



Bu xəbəri paylaşın: