İlk tədris günü — Ağlayan birincilər və həyəcanlı onbirincilər -VİDEO

Bu gün ölkəmizdə 2023-2024–cü tədris ilinin başlanğıc günüdür. Məktəbin ilk günündə müəllimlər, şagirdlər və valideynlər həm sevinclidirlər, həm də həyəcanlıdırlar. Bu gün diqqət daha çox birinci siniflərin üzərindədir. Onlar ilk dəfə məktəbin qapısını açırlar. Yuxulu gözlərlə, hələ baş verənləri tam anlamayan bu balacalar müəllimlərinə gül gətirməyi də unutmayıblar. Beləliklə, ilk dərs günü başladı və şagirdlər öz sinif otaqlarına daxil olaraq parta arxasına keçdilər. Hər il olduğu kimi bu il də birincilər arasında həm yuxulu gələnlər, həm də ağlayanlar var.

İlk tədris günü AZƏRTAC-ın müxbiri  Fərid Səlimovun təqdimatında

Bu xəbəri paylaşın: