Müharibə veteranları Milli Qəhrəmanın vida mərasimində iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  sədri Füzuli rzaquliyev , Birliyin idarə heyəti ,AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov ,AVMVİB -nin Xətai rayon şöbəsinin sədrinin təşkilati məsələlər üzrə müavini  Əhli Həbiyev Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində iştirak ediblər.

Bu barədə AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Vida mərasimindən sonra R.Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev müsahibə verib

Bu xəbəri paylaşın: