Yardımlıda iki şəhidimizin anım gününü qeyd edilib

Bu gün Yardımlı rayonunun Kürəkci kəndində şəhid Əliyev Elvin Sarvan oğlunun və Mirimli kəndində şəhid Zeynalov Cavid Vaqif oglunun anım gününü qeyd edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.

Tədbirdə Şəhid valideyinləri, kənd camaatı , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Yardımlı Bölməsinin rəisi gənc şairlər İqbal, Əlsafa ,Xeyriyə cəmiyyətinin sədri Əsədulla, AVMVİB-ninYardımlı Rayon şöbəsinin üzvləri və sədri Mayilxan Əliyev iştirak ediblər.

Allah bütün şəhidlərimizi rəhmət etsin.

Bu xəbəri paylaşın: