Bu gün Beynəlxalq Müəllimlər Günüdür.
Fedai.az xəbər verir ki,5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.
Belə ki,1966-cı ilin bu günüUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən «Müəllimlərin statusu haqqında» adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix, həmçinin,BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.
«Müəllimlər günü» hazırda dünyanın100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
Azərbaycanda isə 1993-cü ilin oktyabrın 5-də ilk dəfə»Müəllimlər Günü» qeyd olunub.