Ukraynada müharibədə ölən uşaqların sayı 509-a çatıb

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində ölən ukraynalı uşaqların sayı 509-a çatıb.

Fedai.az 
xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun «Telegram» hesabında məlumat verilib.

Bildirilib ki, ötən ilin fevralından başlayan Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində bu günədək Ukraynada 509 uşaq ölüb, 1139-dan çox uşaq yaralanıb.

Baş Prokurorluq bildirib ki, bu məlumatlar yekun deyil, aktiv hərbi əməliyyatların aparıldığı, Rusiya tərəfindən işğal edilmiş ərazilərdə məlumatların toplanması istiqamətində işlər davam etdirilir

Bu xəbəri paylaşın: