Beyləqan rayonunda Şəhid Məmmədli Rahil Şəmil oğlunun Anım mərasimi keçirilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız ə şəhid Məmmədli Rahil Şəmil oğlunun Anım tədbirində iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı verərək,daim şəhidlərimizə borclu olduğumuzu bildiriblər.

Xatırladaq ki,Şəhid Rahil Məmmədli 1994-cü ildə Beyləqan rayonunda anadan olub.
2001-ci ildə Akademik Mehdi Mehdizadə adına Beyləqan şəhər 3 nömrəli tam orta məktəbə daxil olmuş, 2012- ci ildə həmin məktəbi bitirmişdir.
25.10.2020-ci ildə qəhramancasına şəhid olmuşdur.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan
