Baxın, bu dünyaya gələndə insan,
Kimsəsiz gəlmişdi kimsəsiz gedir.
Altundan, sərvətdən gözü doymayan,
Heçnəsiz gəlmişdi, heçnəsiz gedir.
Dağlardan, daşlardan xərac alanlar,
Aləmə səs salıb, daşıb dolanlar,
Qara bulud kimi kölgə salanlar,
Kölgəsiz gəlmişdi, kölgəsiz gedir.
Qənbər, çox biçarə bilmədi bəlkə,
Dünyada təmiz ad götürməz ləkə,
Kim deyir mənimdir bu yer, bu ölkə,
Ölkəsiz gəlmişdi, ölkəsiz gedir.