Azərbaycan Respublikasının üç rəsmi simvolundan biri olan dövlət bayrağımızı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası təsdiq etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının (hazırda Azərbaycan Respublikasının dövlət bayrağı) müəllifi, məşhur azərbaycanlı alim, filosof, sənətkar və həkim, Əli bəy Hüseynzadə idi.
Azərbaycanın dövlət himninin müəllifi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyov yazırdı: “Azərbaycan Cümhuriyyəti sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılmışdır. Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışır. Bayrağımızdakı üç rəng özündə bu elementləri əks etdirir”.
Onu da qeyd edək ki, səkkizguşəli ulduz Səfəvilər dönəmində kifayət qədər populyar idi. Bəzi tarixçilərin fikrincə, XVI əsrin sonlarınadək, xüsusilə Şah İsmayılın dövründə Səfəvilərin bəzi bayraqlarında səkkizguşəli ulduz və ay təsvirləri vardı. Fakt olan isə budur ki, Ərdəbildəki Şeyx Səfi türbəsinin Səma salonunun qapılarında beşguşəli ulduzlarla yanaşı, səkkizguşəli ulduzlar da həkk olunmuşdur. Bu ulduzdan ornament kimi xalçaçılıqda da geniş istifadə edilmişdir.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili