Müharibə veteranları Qarakənd faciəsinin şəhidlərini yad ediblər

Qarakənd faciəsindən 32 il keçdi.

32 il öncə Qarakənd faciəsi adlanan 20 noyabr 1991-ci ildə Xocavənd rayonu Qarakənd kənd yaxınlığında erməni separatçı quldur dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vuruldu.

Noyabrın 20 — də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliynin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynovun təşkilatçılığı ilə bir qrup müharibə veteranı Qarakənd faciəsinin 32-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda faciə şəhidlərini ziyarət ediblər.

Müharibə veteranları Qarakənd faciəsinin şəhidlərinin məzarları önünə gül dəstələri qoyub ruhlarına dualar oxuyublar.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliynin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynov bildirdi ki, hər ilin bu günü keçmiş XTPD (OMON) və digər müharibə iştirakçıları görkəmli dövlət xadimlərimizin məzarlarını ziyarət edirik. Onlar Qarabağın azadlığı uğrunda öz canlarından keçdilər. Biz şəhidlərimizi unutmamağa çalışırıq.

Tədbir Xətai rayonunda genral-mayor Məhəmməd Əsədovun adını daşıyan 29 saylı məktəbdə davam etmişdir. Veteranlar büstün önünə tər gül dəstələri və əklil qoymublar.

Xatırladaq ki, həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Dövlət müşaviri, sabiq Daxili İşlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev kimi dövlət və hökumət rəhbərləri var idi. Bu qəza nəticəsində 22 nəfər həlak olub.

Bu xəbəri paylaşın: