Şəhid ailələri ilə görüş keçirilib

Bir qrup şəhid ailəsi ilə görüş keçirilmişdir

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyətinin Daşbulaq kənd inzibati ərazi dairəsinin nümayəndəsi Tural İsmayılov, Rusiyada yaşayan həmyerlimiz diaspor nümayəndəmiz Mətləb Həsənov, Vətən müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev və şəhid ailələri iştirak edirdilər.
Tədbirdə çıxış edən natiqlər Tarixi Zəfərmizdə Ulu Öndər Heydər Əliyevin siyasətinin təntənəsindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətindən, şucaətindən, şəhidlərimizin şərəfli döyüş yolundan, onların qəhrəmanlığından söhbətlər açıblar.
Bildirilib ki, şəhidlərimizin irsini həm Vətənimizdə həm də Vətəndəndən kənarda yaşadıb təbliğ etmək hər birimizin borcudur.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Bu xəbəri paylaşın: