Çi enerjisi nədir?

Çi universal həyat enerjisi deməkdir və təbiətdəki bütün canlıların Çi enerjisi olduğuna inanılır. Çi bitkilər, heyvanlar, insanlar, daşlar, ağaclar, dəniz, torpaq, su, ağlınıza gələn bütün varlıqların paylaşdığı həyat enerjsidir. Bu enerji Hindistan yoqa mədəniyyətində Prana, Çin təbabətində Çi və Yapon dilində Ki adlandırılır. Çi bədənimizdə dövriyyəyə ehtiyacı olan bir enerjidir və biz yaşlandıqca bu enerji azala bilər. Əslində Çin təbabətinin prinsiplərinə görə, Çi enerjisinin azalması, durğunluğu bizi xəstə edə bilər. Çi enerjisi düzgün və yaxşı nəfəs alma ilə bədəndə daha yaxşı dövr edir. Nəfəslə birlikdə Çi-ni bədənimiz üçün ən vacib enerji mənbəyi kimi qəbul edirik.

Çi enerjisini əjdaha təmsil edir. Çi enerjisini istifadə edə bilmək əjdahanın nəfəsinə və enerjisinə diqqət etməkdir.

Çi enerjisi necə edilir ?

Bədəninizdə Çi enerjisinin nöqtəsi manipura çakranın iki barmaq altında olan bölgəmizdədir. Bu enerjini istifadə etmək üçün çoxlu meditasiya və vacib bir pəhriz etmək lazımdır. Pəhriz dedikdə, yalnız yeməklə bağlı deyil, duyğu, düşüncə və yaşam məqsədimizdəki dəyişiklər də pəhrizə daxildir. Bu çox vacib bir nöqtədir.

Ayaqlarınızı bir çiyin boyu açın, əllərinizi sərbəstcə yanlara buraxın və dincəlin. Bu şəkildə rahat bir neçə saniyə durun. Yavaş-yavaş ağzınızdan nəfəs alın. Ağzınız azca açıq və nəfəs səsiniz heç eşidilməməlidir. Bunu edərkən daxilinizdəki bütün çirkli havanı çölə verdiyinizi düşünün. Daha sonra burnunuzdan yavaş və səssizcə nəfəs alın. Aldığınız nəfəsi qarnınıza tərəf göndərin. Təmiz, təzə enerjili dolu havanın içerinizə doğru axdığını düşün. Qarnınıza endirdiyiniz havanı özünüzü zorlamadan bir neçə saniyə orada tutun. Bu şəkildə nəfəs alıb verməyi təkrarlayın. Aldığınız havanın içinizə “Çi enerjisi” daşıdığını hiss edəcəksiniz.

Çi enerjisini toplamaq və yönləndirmə zamanı insandan insandan dəyişə bilir. Ən vacib nöqtə insanın iradəli olmasıdır və yaşam məqsədindəki eqoist istəklərini aradan qaldırmalıdır.

Çi enerjisini elementlərdən alov təmsil edir. Alov həyati enerjinin qaynağıdır. Və təmamilə canlıdır. Əjdahalar Çi-ni təmsil edərkən ağızlarından çıxan alov, müqəddəs nəfəsdir. Buradakı alov, Çi enerjisinin özüdür.

Bu xəbəri paylaşın: