AVMVİB Rəhbərliyi şairəni təltif etdi

Hər zaman Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin Şəhidlərimiz haqqında təşkil elətiyi tədbirlərində və digər vətənpərvərlik haqqındə təşkil olunan tədbirlərdə öz vətənpərvər mahnıları ilə hər zaman Şəhid ailələrinin yanında olan, Azərbaycan Aşıqlar Birliyinin üzvü, şairə Gülüşova Ruhiyyə Əli qızı son zamanlar “Əsgərimə Heykəl Qoyun”, “Turan Yolu” mahnıları ilə daha çox tədbirlərə dəvət olunmaqdadır. Aşıq Rühiyyə indiyə kimi bir neçə dəfə AVMVİB Zəngilan rayon şöbəsinin təşkil etdiyi ön xəttə qulluq edən əsgərlərimizlə görüşlərə qatılaraq, əsgərlərimiz qarşısında vətənpərvər mahnılar ifa edərək əsgərlərimizin döyüş ruhunun yüksəldilməsində də  fəal iştirak etmişdir.

   Hər zaman Azərbaycan ordusunun, Şəhid ailələrinin yanında olan aşıq Ruhiyyə Əliqızı  AVMVİB rəhbərliyinin də diqqətini cəlb etmişdir. 20 noyabr 2023 cü ildə AVMVİB Zəngilan rayon şöbəsinin sədri  Azad Musayevin təqdimatı əsasında AVMVİB sədri Füzuli Razquliyev aşıq Ruhiyyə Əli qızını AVMVİB Zəngilan rayon şöbəsinə “Fəxri üzv” qəbul edilməsinə sərəncam vermiş və  AVMVİB in təsis etdiyi “Böyük Zəfər” medalı ilə təltif olunmuşdur.

Mərasimində AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdulrəhmanov, AVMVİB Xankəndi-Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və AVMVİB Zəngilan rayon şöbəsinin sədr müavini Zakif Abbasov iştirak etmişlər.

Təqdimat zamanı AVMVİB sədri Füzuli Rzaquliyev Ruhiyyə xanıma yaradıcılıq işlərində uğurlar arzulamış, yeni yeni Vətənpərvər mahnılar üzərində işləməsini tövsiyyə etmişdir. Aşıq Ruhiyyə Əliqizi da öz növbəsində göstərilən etimada görə hər kəsə öz dərin təşəkkürünü bildirərək, bundan sonra da daima vətənpərvər mövzülarda çalışacağını, AVMVİB sıralarına daxil olduqdan sonra məsuliyyətinin ikiqat artydığını və AVMVİBi hər zaman yüksək səviyyədə təmsil edəcəyini bildirdi.

AVMVİB idarə heyəti və AVMVİB Zəngilan rayon şöbəsi adından Ruhiyyə xanımı təbrik edir, gördüyü və görəcəyi işlərdə uğurlar arzulayırıq.

AVMVİB Zəngilan rayon şöbəsinin sədri: Azad Musayev

Bu xəbəri paylaşın: