Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov məlumat verib.
44 yaşlı direktor Eldost Azayev ötən gecə yaşadığı evdə vəfat edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin və Birliyin üzvləri adından, yaxınlarına və ailəsinə səbr diləyirik.
Allah rəhmət eləsin!

