Bu gün Türkiyədə Müəllimlər Günüdür

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Baş müəllim” adını aldığı 24 noyabr tarixi 1981-ci ildən bəri Türkiyədə Müəllimlər Günü olaraq qeyd edirlir.
Türkiyədə hər il 24 noyabrda qeyd edilən Müəllimlər Günü müəllimləri şərəfləndirmək üçün müxtəlif tədbirlərin keçirilr.
Bir çox ölkədə 1994-cü ildən bəri YUNESKO-nun (UNECKO) məsləhətilə hər il dünyanın bir çox ölkəsində 5 oktyabr tarixi Müəllimlər Günü kimi qeyd olunur.
5 oktyabr 1966-cı il Parisdə Müəllimlərin Statusu Hökumətlərarası Xüsusi Konferansından sonra YUNESKO nümayəndələri və İLO tərəfindən «Müəllimlərin statusu tövsiyyəsi»nin yekdilliklə qəbul edildiyi əlamətdar tarixdir.
Öz mədəni və tarixi xüsusiyyətlərinə, məktəb tətil günlərinə görə müxtəlif ölkələrdə müxtəlif tarixlərdə Müəllimlər Günü qeyd edilir. Məsələn, 12 ərəb ölkəsində (Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Mərakeş, Qətər, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Tunis, Oman, İordaniya, Yəmən) hər il 28 fevralda Müəllimlər Günü qeyd olunur.
Azərbaycanda «Müəllim günü»nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. «Müəllim günü»nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev və 90 min müharibə veteranı adından Türkiyədəki müəllimləri Səmimi qəlbdən təbrik edirik.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Hüseynov

Bu xəbəri paylaşın: