I Qarabağ müharibəsinin qazisi, ilk döyüşcü jurnalist istedadlı qələm sahibi, türkoloq Xaqani Ədəboğlunun (Rzaquliyev) vəfatından 1 il ötür.
Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai Birliyi ömrü boyu vətən üçün həm silahı həm də qələmi ilə mübarizə aparan, erməni cinayətlərini və Azərbaycanın başına gətirilən müsibətlər barədə sözün həqiqi mənasında bir tarix yazaraq yorulmadan erməni vəhşiliklərini olduğu kimi dünyaya çatdıran Xaqani Ədəboğlunu vəfatının ildönümündə sayğıyla anır və ona Allahdan rəhmət diləyir.
Ruhu şad olsun!
Xatırladaq ki,Rzaquliyev Xaqani Ədəb oğlu 1963-cü ilin noyabr ayının 9-da Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub.1982-ci ildə Şuşa şəhərində Pedoqoji Texnikumunu, daha sonra isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Hələ BDU-da əyani oxuyarkən «Gənclik» jurnalına işə dəvət olunub (1990), sonra 1991-ci ilin oktyabrında cəbhyə yollanıb.
İstedadlı qələm sahibi Xaqani Ədəboğlu 4 kitabın və yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. X. Ədəboğlu əsasən türkçülük və azərbaycançılıq mövzusunu elmi-tarixi aspektdə araşdırıb.
Xaqani Rzaquliyev 2022-ci illin noyabr ayının 24 -də qəflətən vəfat edib.
