Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev kiberonlayn talamalarla bağlı vətəndaşlara müraciət edib.
Fedai.az xəbər verir ki, müraciətdə bildirilir:
«Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm” — desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” — desə göndərməyin! Kimsə sizə “kampaniya var — ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” — desə etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” — desə qoşulmayın! Hamısı yalandır! Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!»
