Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədr müavini Saməddin Rüstəmovun 50 yaşı tamam olur.
Saməddin Rüstəmov AVMVİB-nin ictimai fəaliyyətində daim yaxından iştirak edir və bölgədə veteranların hüquqlarının qorunmasına, onların problemlərinin həllində, həmçinin gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak edir.
Saməddin bəyin ad günüdür. Ad günü münasibətiylə Saməddin Rüstəmovu təbrik edir, uzun ömür, can sağlığı və uğrunda döyüşdüyü torpaqlarda könül xoşluğu ilə gəzib dolaşmaq arzu edirik.
100 yaşa, Saməddin bəy!
Bütün gözəlliklər sənin olsun!
AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi



