İran turizmi canlandırmaq üçün 32 ölkə ilə vizanı birtərəfli qaydada ləğv etmək qərarına gəlib.
Fedai.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “İRNA” məlumat yayıb.
Məlumata görə, mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərqami paytaxt Tehranda keçirilən kabinet iclasından sonra mövzu ilə bağlı mətbuata açıqlama verib.
O bildirib ki, hökumət təklifi qəbul edib və ölkənin qapılarını dünyaya açmağa qərar verib:
“Bu, hökumətin verdiyi çox cəsarətli və tədbirli bir qərar oldu. Nazirlik olaraq bizim işimiz xalqla danışmaqdır. Və bu birtərəfli vizanın ləğvi əslində dünya xalqları ilə söhbət etmək deməkdir”.
Qeyd edək ki, İranlı nazir 32 ölkədən hansı üçün birtərəfli viza ləğvi qərarının verildiyini açıqlamayıb (demokrat