44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Məhəmmədli İsmayıl Mahir oğlunun üçüncü ildönümü ilə əlaqədar anım mərasimində iştirak edilib.
Şəhidin anım mərasimində YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, Kəlbəcər rayonunun İmamı Mirxalid Ağayev, şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər.
Mərasimdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Şəhid Məhəmmədli İsmayılın ailə üzvləri ilə görüşlüb, onlara Milli Məclisin deputatı Aqil Məmmədovun, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin adından dərin hüznlə baş sağlığı verilib.
Bildirilib ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimiz dərin ehtiramla yad edilir, onların əziz xatirəsi daim uca tutulur.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin !






