21 dekabr Xankəndi şəhər stadionuunda «Qarabağ» və MOİK komandaları arasında 1/8 final mərhələsini keçirilib.
Bu tarixi futbol matçını müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid övladları ilə birgə izləyiblər.Matçın başlaması üçün topa ilk zərbəni Ali Baş Komandan endirir.
Keçirilən oyunun fasiləsində Azərbaycan respubulkasının Prezidenti İlham Əliyev qazilərlə görüşüb onlarla xatirə şəkili çəkdirib.

Azərsun Holdinqin yüksək səviyyədə təşkilatçılığı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin bir qrup qazisi də bu tarixi oyunu izləyiblər. Azərsun Holdinq tərəfindən qazilərə xüsusi hədiyyələr təqdim olunub.
Xankəndi stadionunda Yaradılmış bayram əhval ruhiyəsi t,hər bir tablo t,reklamlar ,konsert proqramı tamaaşaçılar tərəfindən rəğbətlə qarşılandı
Oyun 1-0 hesabı ilə Qarabağ FK- nin qələbəsi ilə başa çatdı.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik, «Azərbaycan Bayrağı» ordenli Elmar Hüseynov






