Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.
***
Azərbaycanın görkəmli dövlət xadimi, Ağqoyunlu hökmdarı Uzun Həsən 1478-ci il yanvarın 5-də həlak olub. O, 1423-cü ildə indiki Türkiyə torpaqlarındakı Diyarbəkir rayonunda dünyaya gəlib. Muş vuruşmasında (1467) Cahanşahı məğlubiyyətə uğradan Uzun Həsən Qaraqoyunlu dövlətinə son qoyaraq, Mahmudabad döyüşündə isə Əbu Səidə qalib gələrək Teymurilər dövlətini zəiflədib, Azərbaycan və fars torpaqlarının da daxil olduğu geniş bir ərazini öz hakimiyyəti altında birləşdirib, paytaxtı Təbriz olan böyük Ağqoyunlu dövlətini yaradıb. 45 yaşında hakimiyyətə gələn Uzun Həsən ölkənin iqtisadi həyatını dirçəltmək və vergi toplanmasını nizama salmaq üçün xüsusi “Qanunnamə” hazırlayıb. Uzun Həsən tarixdə həm də mədəniyyət hamisi olaraq tanınır. (1423-1478)
***
1809-cu ilin bu günü – 5 yanvar tarixində Qaleyi-Sultaniyə müqaviləsi imzalanıb. Bu müqavilə ilə 1807-ci ildə başlayan Osmanlı — Böyük Britaniya müharibəsi sona çatıb.
***
1889-cu ildə alman fiziki Martin Brendel ilk dəfə insanların enerji sahələrinin, yəni auralarının foto şəklini yaradıb.
***
Türkiyənin Anadolu torpaqları uğrunda milli mübarizə nəticəsində Adana düşmən işğalından 1922-ci ilin 5 yanvar tarixində qurtarılıb.
***
1883-cü ildə Türkiyə, İngiltərə və Fransanın sərmayəsilə qurulan, daha sonra Almaniya bankı tərəfindən alınan Anadolu-Bağdad və Mersin-Tarsus dəmir yolları 1929-cu ilin bu günü Türkiyə hökuməti tərəfindən satın alındı və milliləşdirildi.
***
Türkiyənin Dənizli rayonunun Acıpayam qəsəbəsində çobanlıq edərkən bir müəllim tərəfindən zəkası təsbit edilən, əvvəl Türkiyədə, sonra isə Bostonda təhsil alan, adını elm tarixinə yazdıran Hüseyn Yılmazın «Umumi nisbiliyə dair yeni nəzəriyyə»si 1959-cu ilin 5 yanvar tarixində dünyanın ən nüfuzlu «Physical Review” jurnalında dərc olundu.
***
Hər il Avropa Şurası tərəfindən verilən “İlin müzeyi” mükafatı 1993-cü ilin bu günü İstanbul Arxeologiya Muzeyinə verildi.