Tarixdə bu gün: 7 yanvar

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq

Tarixin bu günü harada nələr baş verib? Qısaca nəzər salaq.

*****

1610-cu ildə italyan astronom Qalileo Qaliley (Galileo Galilei) Yupiterin 3 peykini kəşf edib. Peyklərə mifologiyadan götürülən “Io”, “Europa”, “Ganymede” adları verilib.

*****

7 yanvar 1789…Amerikada ilk prezident seçkiləri keçirildi. Seçicilər nüməyəndələri, onlar da ölkənin ilk prezidenti Corc Vaşinqtonu (George Washington) seçdilər.

*****

1927-ci ilin 7 yanvarında okeanaşırı ilk telefon danışığı Nyu-Yorkla London arasında aparıldı.

*****

7 yanvar 1946-ci il tarixində Türkiyədə Demokrat Partiya quruldu. Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılan Calal Bayar ilə Adnan Məndərəs, Fuad Köprülü və Refik Koraltan Demokrat Partiyanın qurulması üçün müraciət etdilər.

*****

1953-cü ildə ABŞ prezidenti Harry Truman ölkəsinin hidrogen bombası istehsal etdiyini açıqladı.

*****

1946-cı ildə ilk uğurlu yüksək sürətli elektron bilgisayar “Eniac” ABŞ-da istifadəyə verildi. “Eniac” elektron-digital bilgisayara gedən yolda atılmış nəhəng addımlardan biri kimi 1955-ci ilə qədər istifadə olundu.

Bu xəbəri paylaşın: